Təhlükəsizlik məsləhətləri
Alqı-satqını təhlükəsiz etmək üçün bir neçə sadə qayda.
Pul köçürməzdən əvvəl
- Malı görmədən və yoxlamadan heç vaxt beh və ya qabaqcadan ödəniş etməyin.
- Mümkün olduqda görüşü gündüz, insanların çox olduğu yerdə təyin edin.
- Qiyməti bazar qiymətindən xeyli aşağı olan elanlara ehtiyatla yanaşın.
Şəxsi məlumatlarınızı qoruyun
- Kart məlumatlarınızı, SMS ilə gələn təsdiq kodlarını və şifrələrinizi heç kimə deməyin.
- AgroTap əməkdaşları sizdən heç vaxt kart məlumatı və ya şifrə istəmir.
- Satıcı ilə ilk əlaqəni saytdaxili mesajlaşma ilə qurun.
Şübhəli elan gördünüz?
Elan səhifəsindəki «Şikayət et» düyməsi ilə bizə bildirin. Moderatorlarımız şikayəti yoxlayıb lazım olduqda elanı bloklayacaq.