Elan yerləşdirmə qaydaları

Elanlarınızın tez təsdiqlənməsi və alıcıların etibarı üçün bu qaydalara riayət edin.

Ümumi tələblər

  • Hər elan yalnız bir mal və ya xidmət haqqında olmalıdır.
  • Elan düzgün kateqoriyada yerləşdirilməlidir.
  • Başlıq, təsvir, qiymət və şəkillər həqiqi vəziyyəti əks etdirməlidir.
  • Eyni elanı təkrar-təkrar yerləşdirmək qadağandır.

Qadağan olunan elanlar

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə satışı qadağan olunan mal və xidmətlər.
  • Saxta, oğurlanmış və ya başqasına məxsus mallar.
  • Yanıldıcı, təhqiredici və ya üçüncü şəxslərin hüquqlarını pozan məzmun.
  • Elanla əlaqəsi olmayan reklam, keçidlər və əlaqə məlumatları.

Moderasiya

Elanlar dərc olunmazdan əvvəl moderasiyadan keçə bilər. Qaydalara uyğun olmayan elanlar rədd edilir və ya bloklanır. Bloklanmış elan üçün şəxsi kabinetinizdən etiraz göndərə bilərsiniz.